525.Az

“Odlar yurdu” Türkiyədə çap olundu


 

“Odlar yurdu” Türkiyədə çap olundu<b style="color:red"></b>

Bugünlərdə Giorgi Mamulia və Ramiz Abutalıbovun Azərbaycan mühacirət tarixinə həsr olunmuş “Odlar yurdu” kitabı Türkiyədə işıq üzü görüb.

Kitab 1920-1945-ci illərdə Azərbaycan mühacirətinin siyasi tarixinə və onun təmsilçilərinin ölkəmizin və bütövlükdə Qafqazın müstəqilliyinin bərpası uğrunda mübarizəsinə həsr edilib.

Müəlliflərin Azərbaycan, Gürcüstan, Fransa və Rusiyanın arxivlərinə istinadən qələmə aldıqları əsər Azərbaycan və Qafqaz tarixinə yeni baxış sərgiləyir.

2014-cü ildə rus, 2015-ci ildə Azərbaycan dillərində Bakıda çap olunan kitabı Türkiyə türkcəsinə Uğur Büke tərcümə edib.

ŞAHANƏ

 





05.08.2017    çap et  çap et