525.Az

İngiltərə Superkubokunun qalibi məlum oldu


 

İngiltərə Superkubokunun qalibi məlum oldu<b style="color:red"></b> Futbol üzrə İngiltərə Superkubokunun qalibi bəlli olub.
 
APA-nın məlumatına görə, həlledici görüşdə “Uembli” stadionunda son ölkə çempionu “Çelsi” ilə İngiltərə Kubokunun qalibi "Arsenal” üz-üzə gəlib.
 
Qarşılaşmanın əsas vaxtında qalibi müəyyənləşdirmək mümkün olmayıb - 1:1. Penalti seriyasında daha dəqiq olan "Arsenal" 4:1 hesabı ilə qalib gələrək Superkuboka sahib çıxıb. 

Qeyd edək ki, bu, “Arsenal”ın tarixində qazandığı 15-cı Superkubokdur.
 
“Arsenal”-“Çelsi” 1:1 (4:1)
Qollar: Kolaşinats (82); Mozes (46)
 





07.08.2017    çap et  çap et