525.Az

Bu il 500-ə qədər körpə hospitalizasiya edilib


 

Bu il 500-ə qədər körpə hospitalizasiya edilib<b style="color:red"></b> Bu ilin 6 ayı ərzində təcili tibbi yardıma ehtiyacı olan 190 nəfər yaşayış yeri məlum olmayan şəxsə ilkin tibbi yardım göstərilib və onlar müvafiq xəstəxanalara yerləşdiriliblər.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, yay mövsümü başlanandan ilan sancması ilə əlaqədar cəmi 31 müraciət olub ki, bunlardan da 3 nəfəri uşaqdır və 30 halda hospitalizasiya icra edilib.
Cari ilin 6 ayı ərzində uşaqlar üçün edilən çağırışların sayı 36500-dən, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 6300-dən artıq olub.
 
Pediatrik reanimasiya briqadaları tərəfindən küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 500-ə qədər körpənin Respublika Perinatal Mərkəzinə, K.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna hospitalizasiyası icra edilib.
 





07.08.2017    çap et  çap et