525.Az

Bakıda mənzildən 25 min manatlıq qızıl oğurlanıb


 

Bakıda mənzildən 25 min manatlıq qızıl oğurlanıb<b style="color:red"></b>

Bakıda mənzildən xeyli miqdarda qızıl oğurlanıb.

Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini, 1981-ci il təvəllüdlü Emil Zeynalov polisə ərizə ilə müraciət edərək yaşadığı evdən 25 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
 
Daxil olan məlumat əsasında əməliyyat qrupu yaradılıb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.

 





21.05.2013    çap et  çap et