525.Az

Dövlət qulluqçularının əməkhaqlarının artırılır


 

Dövlət qulluqçularının əməkhaqlarının artırılır<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” 2008-ci il 9 iyul tarixli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
 
APA-nın məlumatına görə, “Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşları”nda “İnzibati vəzifələrin təsnifatı üzrə:” hissəsinin “Yeddinci təsnifat” bəndinə “Yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində:” yarımbəndindən əvvəl aşağıdakı məzmunda yarımbənd əlavə edilib:
 
Gəncə və Sumqayıt icra hakimiyyəti başçılarının yanında olan orqanlarda:

rəhbər                                              365

rəhbərin müavini                                 345

sektor müdiri, baş mühasib                   315

baş məsləhətçi                                  290

böyük məsləhətçi                               285

aparıcı məsləhətçi                              280

məsləhətçi                                        275
 





07.08.2017    çap et  çap et