525.Az

Hərbi dənizçilərimizdən “Dəniz kuboku - 2017”də növbəti uğur


 

Hərbi dənizçilərimizdən “Dəniz kuboku - 2017”də növbəti uğur<b style="color:red"></b> “Dəniz kuboku - 2017” müsabiqəsinin “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə ikinci mərhələsində Təlim-məşq kompleksində “Gəmiyə suyun daxil olmasına qarşı mübarizə yarışı” üzrə 4-cü epizod icra edilib.
 
Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, epizodun icrası ilə bağlı yekun nəticələrə dair beynəlxalq hakimlər kollegiyasının qərarına əsasən, Azərbaycan HDQ-nin “G-124” gözətçi gəmisinin ekipajı ən yüksək nəticə göstərərək birinci yerə layiq görülüb.

Rusiya HHD-nın “Qrad Sviyajsk” kiçik raket gəmisinin ekipajı ikinci, İran HDQ-nin “Cövşən” raket katerinin ekipajı üçüncü, Qazaxıstan HDQ-nin “Sarıarka” raket artilleriya gəmisinin ekipajı isə dördüncü yerdə qərarlaşıblar.
 





08.08.2017    çap et  çap et