525.Az

“Nəvaz Şərifin hakimiyyətdən getməsi digər ölkələrlə münasibətlərə təsir etməyəcək”


 

“Nəvaz Şərifin hakimiyyətdən getməsi digər ölkələrlə münasibətlərə təsir etməyəcək”<b style="color:red"></b> “Baş nazirin hakimiyyətdən getməsi ilə Pakistanın qonşu ölkələr və digər dövlətlərlə münasibətlərində dəyişiklik olmayacaq”. 
 
APA-nın məlumatına görə, bu sözləri Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib.

O bildirib ki, baş nazir Nəvaz Şərifin Ali Məhkəmənin qərarı ilə hakimiyyətdən kənarlaşdırılması ölkədə böhrana səbəb olmadı:

“Baş nazirin partiyası yenə parlamentdədir. Pakistanda baş verən siyasi dəyişiklik qonşularla, super güclərlə münasibətlərimizi yaxşı səviyyədə saxlayacaq, biz terrorla mübarizə aparmağa davam edəcəyik”.
 





08.08.2017    çap et  çap et