525.Az

Lənkəranda 20-yə yaxın sürücü cərimələndi


 

Lənkəranda 20-yə yaxın sürücü cərimələndi<b style="color:red"></b> "Təmiz hava aylığı” çərçivəsində Lənkəran rayonunda reyd keçirilib, 20-yə yaxın avtomaşın saxlanılıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, reyd Lənkəran rayon Dövlət Yol Polisi Bölməsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilir.

Reyd zamanı normativlərə uyğun gəlməyən nəqliyyat vasitələri saxlanılaraq sürücülər barəsində müvafiq qaydada tədbir görülüb.
 
Reydin keçirilməsində məqsəd atmosfer havasının zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi olub.

Reyd zamanı 20-yə yaxın sürücü cərimələnib. Lənkəran rayon Dövlət Yol Polisi Bölməsinin baş inspektoru Mirxəyal Hüseynovun sözlərinə görə, "Təmiz hava aylığı” çərçivəsində keçirilən reydlər avqustun sonuna qədər davam edəcək.

Qeyd edək ki, avqustun 1-dən 31-dək Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi Ekologiya və Təbii Sərvərlər Nazirliyi ilə birgə respublika ərazisində "Təmiz hava" aylığı keçirir.
 





08.08.2017    çap et  çap et