525.Az

“Dünya Skaut Gənclər Forumu Avrasiyada ilk dəfə Azərbaycanda keçirilir”


 

“Dünya Skaut Gənclər Forumu Avrasiyada ilk dəfə Azərbaycanda keçirilir”<b style="color:red"></b> “Qəbələ şəhərində keçirilən XIII Dünya Skaut Gənclər Forumu çox yüksək səviyyədə təşkil edilib. Bu forum iştirakçı ölkələrin və gənc skautların sayına görə əvvəlki forumlardan çox böyükdür. Mən Azərbaycana bir neçə dəfə səfər etmişəm və hər dəfə müsbət dəyişikliyin, inkişafın şahidi olmuşam. Əvvəllər şəhərsalma ilə məşğul olmuşam və Bakını gördükdə yaxşı mənada çox təəccübləndim, şəhərdəki qədim və müasir binaları, inkişafı gördükdə sevindim”.
 
APA-nın yerli bürosunun xəbərinə görə, bu sözləri Qəbələdə səfərdə olan Ümumdünya Skaut Hərəkatı Təşkilatının icraedici orqanı olan Dünya Skaut Komitəsinin sədri Joao Armando Qonsalves deyib. O, Azərbaycanda və dünyada skautinqin inkişafı üçün bu forumun əhəmiyyətini yüksək qiymətləndirib, son illər Skaut Hərəkatının genişləndiyini, gənclərin bu sahəyə marağının artdığını bildirib:
 
“Ümumdünya Skaut Hərəkatı Təşkilatı dünyanın 224 ölkəsi və regionunda fəaliyyət göstərir və 40 milyon üzvü öz ətrafında birləşdirir. 1907-ci ildə yaradılan Skaut Hərəkatının məqsədi  gənclərin özlərini şəxsiyyət kimi formalaşmasına və cəmiyyətdə konstruktiv rol oynamasına, onların ən yaxşı dünyanın qurulması işində iştirakına kömək edir. Mən bu il avqustun 7-10-da Qəbələdə Dünya Skaut Gənclər Forumunun və avqustun 14-18-də Bakıda Dünya Skaut Komitəsinin 41-ci konfransının keçirilməsi ilə bağlı 2015-ci ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmüşəm”.
 
Komitə sədri Joao Armando Qonsalves Azərbaycanın bu mötəbər tədbirlərə ev sahibliyi etməsini rəhbərlik etdiyi təşkilat üçün çox mühüm əhəmiyyət daşıdığını bildirib. Azərbaycanda turizmin inkişafı və ölkənin dünyada tanıdılması üçün bu cür böyük tədbirlərin Qəbələ və Bakıda təşkil edilməsi düzgün addımdır. Bilirsiniz ki, Dünya Skaut Komitəsinin 41-ci konfransı və XIII Dünya Skaut Gənclər Forumu səs çoxluğu ilə Avrasiya regionunda ilk dəfə olaraq Azərbaycanda keçirilir. Hazırda Qəbələdə keçirilən XIII Dünya Skaut Gənclər Forumunda 133 ölkədən 18-26 yaşlı 320 nəfər gənc iştirak edir”.
 





08.08.2017    çap et  çap et