525.Az

İran vətəndaşlarımızın azad edilməsi ilə bağlı rəsmi açıqlama verdi


 

İran vətəndaşlarımızın azad edilməsi ilə bağlı rəsmi açıqlama verdi<b style="color:red"></b>

Abbas Əraqçı: “Azərbaycan vətəndaşlarını xoşməramlı niyyətimizi nümayiş etdirərək azadlığa buraxdıq”

“Azərbaycanla İran arasında yaxşı əlaqələr var”. APA-nın “İRİB”ə istinadən verdiyi məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Əraqçı həftəlik brifinqdə deyib.
 
Onun sözlərinə görə, iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə qarşı çıxan qüvvələr var: “Aramızda anlaşılmazlıqlar olub. Bu yaxınlarda bizim təhlükəsizlik qüvvələri iki Azərbaycan vətəndaşlarını saxlayıblar. Biz Azərbaycan hökumətinə onların ittihamı ilə bağlı məlumat verdik. Dindirilmədən sonra biz, xoşməramlı niyyətimizi nümayiş etdirərək onları azadlığa buraxdıq”.

 





21.05.2013    çap et  çap et