525.Az

Türkmənistan prezidentinin Azərbaycan səfəri başa çatdı


 

Türkmənistan prezidentinin Azərbaycan səfəri başa çatdı<b style="color:red"></b> Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri bu gün başa çatıb.
 
APA-nın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 
Türkmənistan prezidentini hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.
 





09.08.2017    çap et  çap et