525.Az

“İrəli” SAY hərəkatının iştirakçıları ilə görüş keçirdi


 

“İrəli” SAY hərəkatının iştirakçıları ilə görüş keçirdi<b style="color:red"></b>

“İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə “Support of Azerbaijan Youth” (SAY) hərəkatı adı altında həyata keçirilən layihələrdə iştirak edən gənclərin görüşü olub.

Təşkilatdan verilən məlumata görə, “İrəli” İctimai Birliyi SAY hərəkatı adı altında “Könüllülük akademiyası”, “SAY: Green”, “SAY: Multikulturalizm”, “SAY: Volfest”, "SAY:Solidarity" layihələrini reallaşdırıb.

Həmin layihələrdə hədəf götürülən məqsəd və istiqamətlər müvafiq olaraq gənclərdə könüllülük ideyalarının aşılanması və inkişafı, gənclərdə ekoloji bilik və məsuliyyətin artırılması, gənc könüllülər şəbəkəsinin genişləndirilməsi, gənclərdə həmrəylik hislərinin aşılanması və onların hərtərəfli formalaşmasına şərait yaratmaq olub.

100-dən çox gənc “SAY: Day” günündə toplaşıb və hazırladıqları videoçarxları, təqdim ediblər.
Həmçinin, tədbirdə “SAY:Solidarity” layihəsinin iştirakçıları sertifikatlarla təltif ediliblər.

Ceyhun ABASOV

 





09.08.2017    çap et  çap et