525.Az

Dünən Bakıda havanın hərarətində yeni rekord qeydə alınıb


 

Dünən Bakıda havanın hərarətində yeni rekord qeydə alınıb<b style="color:red"></b> Bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra avqustun 9-da Abşeron yarımadasında  40-41, Bakı şəhərində isə 43 dərəcə isti qeydə alınıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 525.az-a verilən məlumata görə, nəticədə 2015-ci il avqustun 2-də müşahidə olunmuş 41 dərəcəlik rekord göstərici təzələnib.
 
Əksər rayonlarda havanın maksimal temperaturu 35-40 dərəcə olub, bəzi yerlərdə 43 dərəcəyədək isti qeydə alınıb.
 





10.08.2017    çap et  çap et