525.Az

Nazirlik: “Məhsulun etiketində saxlama müddəti düzgün göstərilməlidir”


 

Nazirlik: “Məhsulun etiketində saxlama müddəti düzgün göstərilməlidir”<b style="color:red"></b>

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılmış araşdırmalar zamanı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi-Fatmayı yolu, ev 1-ci km ünvanında fəaliyyət göstərən fiziki şəxs İbrahim Selman tərəfindən istehsal olunan "Bizimsüd" adlı şorun və Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsi, ev 4 ünvanında fiziki şəxs Aytən Həsənova tərəfindən istehsal olunan "İvanovka" adlı şorun etiketində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi müəyyən olunub.

Nazirlikdən verilən məlumata görə, məhsulların saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilməsi nəticəsində saxlama müddəti ötən təhlükəli malların istehlakçılar tərəfindən istifadəyə yararlı məhsul kimi istifadəsinə şərait yaradılıb. Bu, insanların həyat və sağlamlığı üçün təhlükədir.

Bununla əlaqədar istehsal olunan məhsulların üzərində saxlama müddətinin normativ sənədlərin tələblərinə uyğunlaşdırılması barədə fiziki şəxslər İbrahim Selmana və Aytən Həsənovaya müvafiq göstəriş verilib.

İstehlak bazarında nəzarət tədbirləri davam etdirilir.

Ceyhun ABASOV

 





10.08.2017    çap et  çap et