525.Az

"Azərbaycanın qarşılıqlı addım ataraq Mikayıl Kazımini azadlığa buraxmasını gözləyirik"


 

"Azərbaycanın qarşılıqlı addım ataraq Mikayıl Kazımini azadlığa buraxmasını gözləyirik"<b style="color:red"></b>

“İran Azərbaycan Respublikasının iki vətəndaşını xoş məram nümayiş etdirərək azadlığa buraxıb. Bu baxımdan rəsmi Bakı da İran vətəndaşını Tehrana təhvil verməli idi”.

APA-nın İRİB-ə istinadən məlumatına görə, bu fikirləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Əraqçı bildirib.
 
Onun sözlərinə görə, İran ölkə qanunlarını pozmaq ittihamı ilə Təbrizdə həbs olunmuş Azərbaycan Respublikasının vətəndaşları - Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynovu sərbəst buraxmasına baxmayaraq qarşı tərəf hələ bu addımı atmayıb.
 
A. Əraqçı deyib ki, Mikayıl Kazımi Ərdəbil valiliyinin işçisidir və rəsmi nümayəndə heyətinin tərkibində Azərbaycana səfər edib: “Lakin o,  naməlum səbəblərdən Bakıda həbs olunub. Onun nədə ittiham olunduğu məlum deyil”.
 
İran XİN sözçüsü vurğulayıb ki, M. Kazımi azadlığa buraxılana qədər onun işi diqqətdə saxlanılacaq.

 





21.05.2013    çap et  çap et