525.Az

"Elektron hökumət" portalında daha bir xidmət


 

"Elektron hökumət" portalında daha bir xidmət<b style="color:red"></b>

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin operatoru olduğu "Elektron hökumət" portalına "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin "Elektron müraciət" adlı yeni elektron xidməti inteqrasiya olunub.

Nazirlikdən verilən məlumata görə, bu xidmət vasitəsi ilə fiziki və hüquqi şəxslər müraciətlərini (ərizə və şikayət) bundan sonra elektron formada göndərə bilərlər.

Xidmətdən istifadə etmək üçün portala autentifikasiya vasitələrindən biri ilə daxil olduqdan sonra əsas səhifədə "Bütün xidmətlər" bölməsini seçmək lazımdır. Daha sonra "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi xidmətlər içərisindən "Elektron müraciət" adlı xidmətə daxil olmaq lazımdır. Açılan səhifədə "Su kanal idarələri", yaxud "İdarəetmə aparatı" olaraq müraciət edilən təşkilatı, həmçinin müraciət edilən səlahiyyətli şəxs və ya müraciət edilən struktur vahidini seçib "Müraciət et" düyməsinə basmaq tələb olunur.

Növbəti səhifədə ad, soyad, ata adı, FİN kod və ünvanı qeyd edib, ərizə, yoxsa şikayət olmaqla, müraciətin növünü və müraciət etmə səbəbini seçmək lazımdır. Telefon nömrəsi, poçt ünvanı və müraciətlə bağlı qeydləri əlavə edib, müraciətlə əlaqəli sənədlərin təqdim edilməsinə zərurət yarandıqda isə "Fayl əlavə edin" bölməsindən sənədlər sistemə yüklənilməlidir. Bundan sonra "Müraciət et" düyməsini aktivləşdirməklə müraciəti göndərmək mümkündür.

Ceyhun ABASOV

 

 





11.08.2017    çap et  çap et