525.Az

Gürcüstanda azərbaycanlıların yaşadığı rayonun icra başçısı istefa verdi


 

Gürcüstanda azərbaycanlıların yaşadığı rayonun icra başçısı istefa verdi<b style="color:red"></b> Gürcüstanın azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun İcra Hakimiyyəti başçısı Merab Topçişvili vəzifəsindən istefa verib.
 
APA-nın yerli bürosunun məlumatına əsasən, cari ilin oktyabrında keçiriləcək yerli idarəetmə orqanlarına seçkilərə qədər onun səlahiyyətlərini birinci müavini icra edəcək.
 
İcra başçısının istefasının seçkilərlə bağlı olduğu bildirilir.
 
M. Topçişvili Marneuli rayonunun icra başçısı vəzifəsinə 2014-cü ilin iyul ayında seçilib.
 





14.08.2017    çap et  çap et