525.Az

Payız nə vaxt gələcək?


 

Payız nə vaxt gələcək?<b style="color:red"></b> Bu il payız fəslinin Azərbaycana nə vaxt gələcəyi açıqlanıb. 
 
AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov APA-ya bildirib ki, payız fəslinin Azərbaycana gəlişi sentyabrın 23-ü Bakı vaxtı ilə saat 00:02-də olacaq. Bu tarixdə yay fəsli baş çatacaq, ölkə ərazisinə payız fəsli daxil olacaq: “Qış isə ölkəmizə dekabrın 21-i Bakı vaxtı ilə saat 20.28-də gələcək”.
 
Qeyd edək ki, bu il yaz fəslinin Azərbaycana gəlişi martın 20-i Bakı vaxtı ilə saat 14:28-də, yay fəslinin gəlişi isə iyunun 21-i Bakı vaxtilə saat 08:24-də qeydə alınıb.
 





14.08.2017    çap et  çap et