525.Az

Gürcüstanda 2650 Azərbaycan vətəndaşı ali təhsil alır


 

Gürcüstanda 2650 Azərbaycan vətəndaşı ali təhsil alır<b style="color:red"></b> Gürcüstanın ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb.
 

APA-nın yerli bürosunun Gürcüstanın Milli Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, hazırda qonşu ölkədə 2650 Azərbaycan vətəndaşı təhsil alır.
 
Onlardan 557 nəfəri dövlət,  2093 nəfəri isə özəl ali məktəblərdə təhsil alır.
 
Gürcüstanda 2016-2017-ci tədris ilində təhsil alan əcnəbi tələblərin ümumi sayı 8 012 nəfər təşkil edir. Qonşu ölkədə təhsil alan əcnəbi tələbələrin sayına görə Azərbaycan birinci (2650), Hindistan ikinci (2 505 nəfər), İraq isə (974 nəfər) üçüncü yerdədir.
 
Gürcüstanda əcnəbi tələbələr ən çox sosial elmlər, biznes, hüquq və tibb ixtisası üzrə təhsil almağa üstünlük verirlər.
 





14.08.2017    çap et  çap et