525.Az

Tramp məzuniyyətini yarımçıq qoyaraq Vaşinqtona qayıtdı


 

Tramp məzuniyyətini yarımçıq qoyaraq Vaşinqtona qayıtdı<b style="color:red"></b> ABŞ prezidenti Donald Tramp məzuniyyətini yarımçıq qoyaraq Vaşinqtona qayıdıb.
 
APA-nın xəbərinə görə, bu barədə o, “Twitter”də yazıb. “Bu səhər Vaşinqtona qayıdıram. Çoxlu iş görmək lazımdır. Ticarət də hərbi məsələlər üzərində diqqəti cəmləşdirəcəyəm”, - deyə Tramp qeyd edib. 
 
Xatırladaq ki, D. Tramp avqustun 4-də 17 günlük “işgüzar məzuniyyət”ə yollanıb. Onun sözçüləri bildiriblər ki, Ağ Evdə soyutma və isitmə sistemləri təmir olunduğu üçün prezident məzuniyyətə gedir və orada çalışacaq.
 





14.08.2017    çap et  çap et