525.Az

“Kazbeqi” sərhəd-keçid məntəqəsi bağlandı


 

“Kazbeqi” sərhəd-keçid məntəqəsi bağlandı<b style="color:red"></b> Gürcüstan-Rusiya sərhədində yerləşən “Kazbeqi” sərhəd-keçid məntəqəsi müvəqqəti bağlanıb.
 
APA-nın yerli bürosunun ölkənin Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinə istinadən verdiyi məlumata görə, buna səbəb Dəryal dərəsində müşahidə olunan kəskin hava şəraitidir.
 
Sərhəd-keçid məntəqəsinin əməkdaşları və ətrafdakı insanlar təxliyə olunub.
 
Qeyd edək ki, son günlər “Kazbeqi” sərhəd-keçid məntəqəsində turizm mövsümü ilə əlaqədar sıxlıq müşahidə olunurdu.
 





14.08.2017    çap et  çap et