525.Az

Nyu-Yorkda Tramp əleyhinə aksiya


 

Nyu-Yorkda Tramp əleyhinə aksiya<b style="color:red"></b> Nyu-Yorkda ABŞ-ın 45-ci prezidenti Donald Tramp əleyhinə aksiya keçirilir.
 
APA-nın  RİA Novosti istinadən verdiyi xəbərə görə,  “Tramp Tower” göydələninin qarşısında toplaşan yüzlərlə etirazçı dövlət başçısının sabiq ofisinə gəlişini gözləyirlər.
 
Fəalların plakatlarında “Bu dəhşət bitməli – Tramp və Pens rejimi getməlidir” yazılıb.
 
Mitinqin təşkilatçılarından biri olan “Refuse Racism” təşkilatı Virciniya ştatının Şarlotsvill şəhərində ifrat sağçıların mütəşəkkil surətdə küçəyə çıxaraq aksiya keçirə bilmələri və Trampın Şimali Koreyaya qarşı səsləndirdiyi sərt ifadələri pisləyib.

Təşkilat üzvləri hesab edir ki, Trampın sözləri milyonlarla insanın həyatına təhlükə kəsb edə bilər. 

Bugünlərdə ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın ünvanına sərt xəbərdarlıqla çıxış edib. “Onlar dünyanın indiyədək görmədiyi atəş və qəzəblə üzləşəcəklər”, deyə D.Tramp bəyan edib.
 





15.08.2017    çap et  çap et