525.Az

Liviya BMT Baş Assambleyasında səs hüququnu bərpa etdi


 

Liviya BMT Baş Assambleyasında səs hüququnu bərpa etdi<b style="color:red"></b> Liviya BMT-yə üzvlük haqqını tam ödəyərək Baş Assambleyada səs hüququnu bərpa edib.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibi Antoniu Quterrişin Baş Assambleyanın 71-ci sessiyasının sədri Piter Tomsona ünvanladığı məktubda deyilir.
 
Liviya üçün minimal ödəniş 6,5 ABŞ dolları təşkil edib. BMT-nin Nizamnaməsinə əsasən, borc əvvəlki iki ilin ödəniş məbləğinə bərabər və ya artıqdırsa, ölkə səsvermə hüququndan məhrum edilir.
 
Bu səbəbdən ilin əvvəlində 9 ölkə - Vanuatu, Venesuela, Cibuti, Dominika, Yəmən, Kabo-Verde, Marşal adaları, Papua – Yeni Qvineya və Sudan səsvermə hüququnu itirmişdilər. Sonrakı beş ay ərzində bütün adıçəkilən ölkələr borclarını tam şəkildə ödəyiblər.
 





15.08.2017    çap et  çap et