525.Az

BMT baş katibinin Kipr üzrə xüsusi nümayəndəsi istefa verdi


 

BMT baş katibinin Kipr üzrə xüsusi nümayəndəsi istefa verdi<b style="color:red"></b> BMT baş katibinin Kipr məsələsi üzrə xüsusi nümayəndəsi Espen Bart Eydenin istefası rəsmiləşib.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq bildirib.
 
“BMT baş katibinin Kipr üzrə xüsusi nümayəndəsi Espen Bart Eyde yaxın zamanlarda ölkəsi Norveçdə qanunverici orqana seçkilərdə iştirak etmək üçün rəsmi olaraq tutduğu vəzifədən azad olunmaq xahişi ilə baş katibə müraciət edib”, F.Haqın yazılı bəyanatında deyilir.
 
Qeyd edək ki, ötən ay İsveçrənin Kran-Montana şəhərində Şimali Kirp Türk Respublikası ilə yunan Kiprin nümayəndələri arasında münaqişənin nizamlanmasına dair danışıqlar nəticəsiz bitib. Bunun ardınca E. Bart Eyden Kiprin vəzifəsində qalmaq istəmədiyini bəyan edib. Espen Bart Eyden BMT baş katibinin Kipr üzrə xüsusi nümayəndəsi vəzifəsində üç il çalışıb. Onun kiminlə əvəzlənəcəyi barədə hələ ki, məlumat verilmir.
 





15.08.2017    çap et  çap et