525.Az

Arda Turan "Qalatasaray"da


 

Arda Turan "Qalatasaray"da <b style="color:red"></b>

"Qalatasaray"ın "Barselona"nın futbolçusu Arda Turanı bir mövsümlük icarəyə götürüb.

Qol.az-ın xəbərinə görə, bu barədə "CNN Türk" məlumat yayıb. İki klub arasında bununla bağlı danışıqlar müsbət nəticələnib.

Türk yarımmüdafiəçinin İstanbul klubunda bir mövsüm üçün 5 milyon avro maaş alacağı bildirilib. Bu məbləğin 3 milyon avrosunu "Qalatasaray", 2 milyon avrosunu isə hər iki komandaya sponsorluq edən NEF şirkəti ödəyəcək.

Rəsmi açıqlamanın bu axşam və ya sabah veriləcəyi gözlənilir.

 





15.08.2017    çap et  çap et