525.Az

ABŞ-dan Latın Amerikası ölkələrinə KXDR çağırışı


 

ABŞ-dan Latın Amerikası ölkələrinə KXDR çağırışı<b style="color:red"></b> ABŞ Latın Amerikası ölkələrini Koreya Xalq Demokratik Respublikası ilə əlaqələri kəsməyə çağırıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Çilidə səfərdə olan ABŞ-ın vitse-prezidenti Mayk Pens bəyan edib.
 
“Ümid edirik ki, Çili, Braziliya, Meksika və Peru bizə qoşularaq Şimali Koreya ilə diplomatik və kommersiya əlaqələrini kəsəcəklər”, deyə M.Pens bildirib.
 
Ötən həftə ABŞ-la KXDR arasında münasibətlər kəskin gərginləşib. Şimali Koreyanın mərkəzi teleqraf agentliyi KXDR ordusunun Sakit okeanın qərbindəki Quam adasında ABŞ-a məxsus hərbi obyektlərə zərbələr endirmək imkanını nəzərdən keçirdiyi barədə məlumat yayıb. Cavabında ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın ünvanına sərt xəbərdarlıqla çıxış edib.
 





17.08.2017    çap et  çap et