525.Az

Talassemiya Mərkəzi haqqında yeni qərar


 

Talassemiya Mərkəzi haqqında yeni qərar <b style="color:red"></b> Nazirlər Kabineti  Səhiyyə Nazirliyinin Respublika Talassemiya Mərkəzi haqqında qərar qəbul edib.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, yeni qərara əsasən, Respublika Talassemiya Mərkəzinin saxlanılması xərcləri 2018-ci ildən etibarən dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə nəzərdə tutulacaq.
 
Qərar Səhiyyə Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq qəbul edilib. Yeni qərar  2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
 





17.08.2017    çap et  çap et