525.Az

Gənclərin Simulyasiya Akademiyası davam edir


 

Gənclərin Simulyasiya Akademiyası davam edir<b style="color:red"></b>

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İrəli” İctimai Birliyinin həyata keçirdiyi “Gənclərin Simulyasiya Akademiyası” layihəsi davam edir.

Təşkilatdan verilən məlumata görə, layihənin əsas məqsədi ölkə gəncliyinin sosial-iqtisadi məsələlərlə bağlı problemlərin həll olunmasında aktiv iştirakının təmin edilməsidir. Həmçinin, özəl və idarəçilikdə effektiv idarəetmə alətlərinin istifadə olunması, məhsuldarlığın artırılması və uzunmüddətli strategiya və planlamanın yenilikçi ideyalar əsnasında tətbiqi ilə bağlı gənclərin təşəbbüskarlığının artırılması da hədəf kimi seçilib.

Layihə müddətində təşkilatçılar qərar qəbulu məsələlərində gənclərin proaktiv fəaliyyətinə dəstək verməklə gənclər şəbəkəsinin hərtərəfli inkişafına şərait yaradacaq və dövlət gənclər siyasətinin onlara verdiyi imkanlardan ən yüksək səviyyədə faydalanmasını təmin edəcəklər.

Layihə çərçivəsində təlimçilər- Aydan Əsgərovanın təqdimatında “İnnovasiya”, Orxan Şahbazlının təqdimatında “Komanda quruculuğu və motivasiya” təlimləri keçirilib. İştirakçılar təlim mövzuları haqqında ətraflı məlumat əldə ediblər. Gənclər 13-17 avqust tarixlərində ardıcıl olaraq həyata keçirilən təlim və komanda işlərində iştirak edərək müxtəlif istiqamətlər üzrə öz ideyalarını təqdim ediblər.

Qeyd edək ki, “Gənclərin Simulyasiya Akademiyası” layihəsi avsutun 24-dək davam edəcək.

Ceyhun ABASOV

 





17.08.2017    çap et  çap et