525.Az

Qurban bayramı namazının vaxtı açıqlandı


 

Qurban bayramı namazının vaxtı açıqlandı<b style="color:red"></b> Azərbaycanda Qurban bayramı namazının vaxtı müəyyənləşib.
 
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bayram namazı sentyabrın 1-də saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.
 
Qeyd edək ki, bu il Qurban bayramı 1, 2 sentyabr tarixlərində qeyd olunacaq.
 
Qurban bayramında 2 sentyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 4 sentyabr qeyri-iş günü olacaq. Beləliklə, 3 sentyabr da bazar gününə təsadüfi etdiyi üçün Qurban bayramında 4 gün ardıcıl qeyri-iş günü olacaq.
 





17.08.2017    çap et  çap et