525.Az

Barselonada terror aktı: 13 ölü


 

Barselonada terror aktı: 13 ölü <b style="color:red"></b> İspaniyanın Barselona şəhərində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpılması nəticəsində 13 nəfər ölüb.
 
APA-nın xəbərinə görə, bu barədə  İspaniyanın “Cadena SER” radiostansiyası polisə istinadən məlumat yayıb.
 
“El Pais” nəşri də Kataloniya polisinə istinadən məlumatı təsdiq edir.
 
Məlumata görə, sürücü insidentdən sonra restorana hücum edərək oradakı insanları girov götürüb. Hücumda iki silahlı şəxsin iştirak etdiyi bildirilir. Polis əməkdaşları hadisə yerini mühasirəyə alıblar. 
 





18.08.2017    çap et  çap et