525.Az

Yeni yol Bakı kəndlərini Sumqayıtla birləşdirəcək


 

Yeni yol Bakı kəndlərini Sumqayıtla birləşdirəcək<b style="color:red"></b> Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi davam etdirilir.
 
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə,  avtomobil yolu Bakı şəhərinin Şimal hissəsindən, o cümlədən Bilgəh, Nardaran, Kürdəxanı, Pirşağı, Fatmayi, Mehdiabad, Novxanı, Saray, Masazır, Xırdalan, Hökməli  istiqamətində davam etməklə, Bakı – Şamaxı - Yevlax avtomobil yoluna birləşəcək. 6 hərəkət  zolağı üçün nəzərdə tutulan yolun ümumi uzunluğu 42 km təşkil edəcək.

Mərhələli şəkildə davam etdirilən tikinti işləri 0-14, 14-42km-də həyata keçirilir. Artıq 14 km-lik hissədə tikinti altına düşən yaşayış və qeyri-yaşayış sahələri köçürülüb. 2 yol qovşağı, bir piyada keçidinin tikintisi başa çatdırılıb. Qeyd olunan hissənin 2013-ci ildə istismara verilməsi planlaşdırılır.
 





22.05.2013    çap et  çap et