525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq? <b style="color:red"></b> Avqustun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq, şimal-şərq küləyi əsəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya bildirilib ki, havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti, Bakıda gecə  23-25° isti, gündüz 33-35° isti olacaq.
 
Atmosfer təzyiqi norma daxilində, 762 mm civə sütunu, nisbi rütubət  gecə 65-75 %, gündüz 40-50 % təşkil edəcək.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  25-26°,Türkan, Hövsan, Sahil, Şıxda  26-27° isti olacaq.
 
Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 21-dək Abşeron yarımadasında bəzi saatlarda havada rütubətliyin bir qədər çox olmasına baxmayaraq, sabit hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
 
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, zəif şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 20-25°, gündüz 32-37° isti, dağlarda gecə 12-17°, gündüz  22-27° isti olacağı gözlənilir.
 





18.08.2017    çap et  çap et