525.Az

"Kopenhagen" - "Qarabağ" oyununda anşlaq


 

"Kopenhagen" - "Qarabağ" oyununda anşlaq<b style="color:red"></b>

Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Kopehagen” -  “Qarabağ” matçında anşlaq olacaq.

Qol.az-ın Danimarka mətbuatına istinadən yaydığı xəbərə görə, azarkeşlərin oyuna marağı böyükdür.
Artıq satışa çıxarılan 40 min biletdən 6646-sı qalıb.

Qeyd edək ki, avqustun 23-də 40 minlik “Parken” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

 





18.08.2017    çap et  çap et