525.Az
Ukrayna azərbaycanlıları Saakaşvilini gül-çiçəklə qarşılayacaq
Mixail Saakaşvili sentybarın 10-da “Krakovets” sərhəd-keçid məntəqəsindən Ukraynaya gələcəyini elan edib.
Modern.az xəbər verir ki, Ukrayna Azərbaycanlıları Diasporu Təşkilatının sədri Hikmət Cavadov bu barədə öz Facebook səhifəsində azərbaycanlıların da gürcü siyasətçini gül-çiçəklə qarşılamaq üçün həmin məntəqəyə gedəcəyini deyib.
“Mən və təşkilatın üzvləri sentyabrın 10-da Saakaşvilin qarşılamağa gedəcəyik”.
Saakaşvili sentyabrın 10-da Polşa ərazisindən keçərək Ukraynaya daxil olacağını elan etmişdi.
18.08.2017 çap et