525.Az

Ramil Usubov Əhəd Abıyevin qardaşın Ukraynadan geri çağırdı


 

Ramil Usubov Əhəd Abıyevin qardaşın Ukraynadan geri çağırdı<b style="color:red"></b>

Azərbaycan Daxili İşlər Nazirliyinin Ukraynadakı nümayəndəsi geri çağırılıb.

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb. Əmrə əsasən DİN-in Ukraynadakı nümayəndəsi, polis polkovniki Zəfər Abıyev geri çağırılıb və onun yerinə Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Əkbər Yusifov təyin edilib. Z.Abıyev isə hələlik yeni vəzifəyə təyin olunmayıb.

Qeyd edək ki, Zəfər Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin qardaşıdır. O, uzun illər Azərbaycan DİN-in Ukrayna, Belarus və Moldovadakı nümayəndəsi olub.

 





02.10.2012    çap et  çap et