525.Az

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin 3-cü mərhələsinin nəticələri elan olundu


 

MÜSABİQƏNİN VAKANSİYA SEÇİMİNDƏN 5 MİNDƏN ÇOX NAMİZƏD UĞURLA KEÇİB

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin 3-cü mərhələsinin nəticələri elan olundu<b style="color:red"></b>

Azərbaycanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin üçüncü mərhələsinin (vakansiya seçimi) nəticələri elan olunub.

Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, vakansiya seçiminə müvafiq keçid balını toplayan bütün namizədlər qatılıb. İştirakçılardan 5225 nəfər növbəti mərhələyə keçmək hüququ əldə edib. İmtahanın bu mərhələsinin nəticələri hər bir namizədin şəxsi səhifəsinə göndərilib. Vakant yeri tutmaq hüququ qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə məlumatlar namizədlərin şəxsi səhifəsinə göndəriləcək. Müsahibə mərhələsinə dəvət olunacaq namizədlərdən şəxsiyyət vəsiqəsini, ali və ya orta ixtisas təhsili haqqında diplomu və diploma əlavəni gətirmək tələb olunur. Məlumatda bildirilib ki, bu il ilk dəfə olaraq musiqi, fiziki tərbiyə və təsviri incəsənət fənləri üzrə müsahibə mərhələsi vakansiya seçimindən əvvəl həyata keçirilib. Müsahibə mərhələsinin nəticələri qısa zamanda həmin namizədlərin şəxsi səhifəsinə göndəriləcək. Avqustun 18-dən 20-dək namizədlər vakansiya seçimi mərhələsinə buraxılacaq.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Namizədlər vakansiya seçimini müsabiqənin test mərhələsindən sonra edə biləcəklər.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqədə bir sıra ixtisaslar üzrə güclü rəqabət mühiti formalaşıb.

E.Bağırov deyib ki, ingilis dili, Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat üzrə namizədlərin sayı çox, nəticələri daha yüksək olduğundan vakansiya seçimi mərhələsində çox bal yığanlar yer tutmaq hüququ əldə edib. Onun sözlərinə görə, fiziki tərbiyə, musiqi və təsviri incəsənət müəllimliyi ixtisaslarını seçənlərin praktik bacarıqlarının qiymətləndirilməsi də başa çatıb: “Onlar eyni zamanda, müsahibədə də iştirak ediblər. Bu il ilk dəfə olaraq musiqi, fiziki tərbiyə və təsviri incəsənət fənləri üzrə müsahibə mərhələsi vakansiya seçimindən əvvəl həyata keçirilib. Avqustun 11-dən etibarən start verilən bu mərhələdə fiziki tərbiyə müəllimləri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, musiqi ixtisası üzrə Mədəniyyət və İncəsənət Universitetində, təsviri incəsənət müəllimləri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında praktik bacarıqlarını nümayiş etdirib və müsahibədən keçiblər. Yalnız bu üç ixtisas üzrə vakansiya və müsahibə mərhələsinin yeri dəyişdirilib. Bu gündən həmin ixtisaslar üzrə namizədlər vakant yerlərin seçiminə başlayacaq. Proses bazar günü gecə saatlarınadək davam edəcək”.

S.QARAYEVA

 





19.08.2017    çap et  çap et