525.Az

ABŞ və Cənubi Koreya birgə hərbi təlimlər keçirəcək


 

ABŞ və Cənubi Koreya birgə hərbi təlimlər keçirəcək<b style="color:red"></b> Amerika Birləşmiş Ştatları və Cənubi Koreya ordusu birgə hərbi təlimlərə başlayır.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, “Ulchi Freedom Guardian” adlı hərbi təlimlər avqustun 31-dək davam edəcək. Təlimlərdə 40 minə yaxın hərbçinin iştirakı nəzərdə tutulub.
 
Bu ilin martında Cənubi Koreyada iki ölkə hərbçilərinin iştirakı ilə “Foal Eagle” adlı irimiqyaslı əməliyyat-taktiki təlimlər baş tutub. Təlimlərə ABŞ və Cənubi Koreyanın Hərbi-Dəniz və Hərbi-Hava Qüvvələri cəlb edilib. Təlimlərdə  ABŞ tərəfindən “Carl Vinson” aviadaşıyıcısı, F-35 qırıcıları və B-52 bombardmançı təyyarələri iştirak edib.
 
Təlimlər mütəmadi olaraq ballistik raket sınağı keçirən Şimali Koreyaya ünvanlanmış xəbərdarlıq kimi qiymətləndirilir. Rəsmi Pxenyan, öz növbəsində,  təlimləri "təxribat" adlandırıb və ABŞ-ı ölkəyə  hücum hazırlamaqda ittiham edib.
 





21.08.2017    çap et  çap et