525.Az

FHN Tovuzda baş verən yol qəzası ilə bağlı məlumat yaydı


 

FHN Tovuzda baş verən yol qəzası ilə bağlı məlumat yaydı<b style="color:red"></b> Fövqəladə Hallar Nazirliyi Tovuzda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.
 
APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, bu gün Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Qazax magistral avtomobil yolunun 435-ci km-də Tovuz rayonu ərazisində “Mercedes” markalı minik avtomobili ilə “MAN” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi baradə məlumat daxil olub.

Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq, minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1958-ci il təvəllüdlü Kərimov Rafiq Baratəli oğlunun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Əməliyyat saat 09:05-də başa çatıb.
 





21.08.2017    çap et  çap et