525.Az

Bakıda Koreya-Azərbaycan iş adamlarının işgüzar görüş keçiriləcək


 

Bakıda Koreya-Azərbaycan iş adamlarının işgüzar görüş keçiriləcək<b style="color:red"></b> Bakıda “Koreya – Azərbaycan gəmiqayırma sahəsi üzrə ikitərəfli əməkdaşlıqla bağlı işgüzar görüş keçiriləcək.
 
“APA-Economics”in məlumatına görə, Koreyanın Azərbaycandakı Səfirliyinin Ticarət şöbəsi tərəfindən sentyabrın 13-də təşkil ediləcək işgüzar görüşdə  Koreyanın 10 istehsalçı şirkətinin nümayəndələri iştirak edəcəklər.
 
“Koreya – Azərbaycan gəmiqayırma sahəsi üzrə ikitərəfli əməkdaşlıqla bağlı işgüzar görüş Azərbaycan Koreya diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümü münasibəti ilə bağlı keçiriləcək.
 





22.08.2017    çap et  çap et