525.Az

Fəvvarələr Meydanında möhtəşəm "Retro Bakı" konserti


 

Fəvvarələr Meydanında möhtəşəm "Retro Bakı" konserti<b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə "Retro Bakı" konsertləri baş tutub.

İdarədən AZƏRTAC-a bildirilib ki, Fəvvarələr Meydanında tanınmış estrada müğənniləri Samirə Allahverdiyeva, "Tin uşaqları" qrupu, Sami Oruc, Aysel Əlizadə, Ceyla Əlizadə, Aygül Səfərova, Aynur Əliyeva, Əli Əliyev, Nigar Süleymanova, Fuad Əsədov, Səma Heydərova, Rəşad İsmayıl, Məryəm Babayeva, Dana Durdana, Yaqut Nəriman və "Renessans" qrupunun iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunub. Konserti izləyən paytaxt sakinləri və turistlər rəngarəng musiqi sədaları altında rəqs ediblər.

Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin nəzdində yeni yaradılan "Nur" teatrının üzvləri isə konsert proqramında yenilik edərək, "Uşaqlığın son gecəsi" və "Bir cənub şəhərində" filmlərindən səhnəciklər göstəriblər.

Qeyd edək ki, "Retro Bakı" layihəsi çərçivəsində konsertlər hər həftə cümə və şənbə günləri keçirilir və sentyabrın 15-də layihənin yekun qala konserti nəzərdə tutulur.

 

 





23.08.2017    çap et  çap et