525.Az

"Qarabağ" Bakıya qayıtdı


 

"Qarabağ" Bakıya qayıtdı <b style="color:red"></b>

Danimarkada "Kopenhagen"lə  pley-offun cavab matçındakı sərfəli nəticə sayəsində Çempionlar Liqasının qrup mərhələsinə yüksələn "Qarabağ" Bakıya qayıdıb.

Qol.az-ın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında komandanı çoxlu sayda azarkeş qarşılayıb.
 
Fanatlar önünə ilk çıxan klubun vitse-prezidenti Tahir Gözəl təbrikləri qəbul etdikdən sonra onları qarşılamağa gələnlərə təşəkkürünü bildirib. Daha sonra tərəfdarlar baş məşqçi Qurban Qurbanov və futbolçuları bir-bir alqışlayıblar. Komanda üzvləri onları gözləyən avtobusa minərək, hava limanını tərk ediblər. 
 
Qeyd edək ki, "Qarabağ" Bakıda 1:0 hesabı ilə yendiyi "Kopenhagen"ə Danimarkada 1:2 hesabı ilə uduzsa da, səfər qolu sayəsində mərhələ adlayıb.

Şəkillər musavat.com saytına məxsusdur.

 





24.08.2017    çap et  çap et