525.Az

ABŞ nüvə yükü daşıya bilən qitələrarası qanadlı raketlər hazırlayacaq


 

ABŞ nüvə yükü daşıya bilən qitələrarası qanadlı raketlər hazırlayacaq<b style="color:red"></b> ABŞ-ın “Lockheed Martin” və “Raytheon” korporasiyaları uzaq hərəkət radiuslu bombardman təyyarələr üçün nüvə yükü daşıya bilən qanadlı raketlər hazırlayacaq.
 
APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi-Hava Qüvvələri mətbuat xidmətinin açıqlamasında bildirilir.
 
Məlumata əsasən, ilkin müqavilələrin ümumi dəyəri 900 milyon dollardır. Sonda ABŞ Hərbi-Hava Qüvvələri 1 000 ədəd raketin istehsalı üçün adıçəkilən şirkətlərdən birini seçəcək.
 





24.08.2017    çap et  çap et