525.Az

Utkindən “Qarabağ”la bağlı qalmaqallı paylaşım


 

Utkindən “Qarabağ”la bağlı qalmaqallı paylaşım<b style="color:red"></b>

Rusiyanın məşhur futbol şərhçilərindən Vasili Utkin öz “tvitter” hesabından qalmaqallı paylaşım edib.

Qol24.az xəbər verir ki, Rusiyanın “Matç TV” telekanalından qalmaqalla qovulmuş şərhçi “Qarabağ”ın “Kopenhagen”i mübarizədən kənarlaşdırmasından sonra Dağlıq Qarabağı Ermənistan ərazisi sayıb: “Ümumiyyətlə, Cənubi Qafqazda klubu qonşu ölkədən olan etnomimlə adlandırmaq kimi xoş ənənə var. Qarabağ, Ararat…”

Utkin “qonşu ölkələr” dedikdə, Ermənistan və Türkiyəni nəzərdə tutub. Yəni şərhçinin fikrincə, Azərbaycan “Qarabağ”ı, Türkiyə də “Ağrıdağ”ı “mənimsəyib”.

Onun tvitinə cavab olaraq ona coğrafiyanı öyrənmək, dünyanın siyasi xəritəsinə bir daha baxmağı məsləhət görüblər.

Bir qədər sonra Utkin daha bir tvit yazıb: “Dostlar, Qarabağ və Araratla bağlı tvitimə görə utanıram. “Toponim” əvəzinə “etnonim” yazmaqla böyük səhvə yol verdim”.

 





24.08.2017    çap et  çap et