525.Az

"Qarabağ"ın rəqibləri müəyyənləşdi


 

"Qarabağ"ın rəqibləri müəyyənləşdi <b style="color:red"></b>

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin püşkatması keçirilib.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, püşkatmada “Qarabağ”ın qrupdakı rəqibləri də bilinib. C qrupunda yer alan Ağdam təmsilçisi "Çelsi", "Atletiko" və "Roma" ilə mübarizə aparacaq.

Qrupun oyunları sentyabrın 12-dən başlayaraq dekabrın 12-dək davam edəcək.

Qeyd edək ki, Monakodakı püşkatma həm də Gənclər Liqasına şamil olunacaq. Rəşad Sadıqovun baş məşqçisi olduğu “Qarabağ”ın U-19 komandası da eyni rəqiblərlə bir qrupda çıxış edəcək.

A qrupu

"Benfika" (Portuqaliya)

"Mançester Yunayted" (İngiltərə)

"Bazel" (İsveçrə)

MOİK (Moskva, Rusiya)

B qrupu

"Bavariya" (Almaniya)

PSJ (Fransa)

"Anderlext" (Belçika)

"Seltik" "(şotlandiya)

C qrupu

"Çelsi" (İngiltərə)

"Atletiko" (İspaniya)

"Roma" (İtaliya)

"Qarabağ" (Azərbaycan)

F qrupu

"Şaxtyor" (Ukrayna)

"Mançester Siti" (İngiltərə)

"Napoli" (İtaliya)

"Feyenoord" (Hollandiya)

E qrupu

"Spartak" (Moskva, Rusiya)

"Sevilya" (İspaniya)

"Liverpul" (İngiltərə)

"Maribor" (Sloveniya)

G qrupu

"Monako" (Fransa)

"Portu" (Portuqaliya)

"Beşiktaş" (Türkiyə)

"Leyptsiq" (Almaniya)

D qrupu

"Yuventus" (İtaliya)

"Barselona" (İspaniya)

"Olimpiakos" (Yunanıstan)

"Sportinq" (Portuqaliya)

H qrupu

"Real" (İspaniya)

"Borussiya" (Dortmund, Almaniya)

"Tottenhem" (İngiltərə)

APOEL (Kipr)

 





24.08.2017    çap et  çap et