525.Az

“Azərbaycan sülhməramlıları gələn ilin əvvəlində Əfqanıstandan çıxarılacaq”


 

“Azərbaycan sülhməramlıları gələn ilin əvvəlində Əfqanıstandan çıxarılacaq”<b style="color:red"></b>

 NATO Parlament Assambleyasının (PA) yaz sessiyasında Azərbaycanın Əfqanıstanda xidmət edən sülhməramlı taqımı ilə bağlı məsələ də qaldırılıb.

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın NATO PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib.
 
Z. Əsgərov qeyd edib ki, NATO PA-da 2014-cü ildə ABŞ-ın, ümumiyyətlə NATO üzvü və tərəfdaş ölkələrə məxsus qüvvələrin Əfqanıstandan çıxarılması, orada təhlükəsizliyin yerli silahlı qüvvələr tərəfindən təmin olunması məsələsi qaldırılıb: “Düzdü, suallar doğdu ki, biz oradan çıxandan sonra təhlükəsizliklə bağlı problemlər və s. yarana biləcək. Amma yekunda qərar o oldu ki, NATO qüvvələri, o cümlədən bizim 94 nəfərlik taqımımızın gələn ilin əvvəlindən Əfqanıstandan çıxarılmasına başlanılacaq”.

 





23.05.2013    çap et  çap et