525.Az

Azərbaycan şərablarının Çinə ixracının genişləndirilməsi müzakirə edildi


 

Azərbaycan şərablarının Çinə ixracının genişləndirilməsi müzakirə edildi<b style="color:red"></b> Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, Azpromo-nun təşkilatçılığı ilə Azərbaycanda şərab istehsalı və ixracı ilə məşğul olan 10-dan çox şirkətin nümayəndəsi ilə görüş keçirilib.
 
Azpromo-dan “APA-Economics”ə verilən məlumata görə, İxracatçılar Klubu çərçivəsində keçirilmiş görüşdə Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu da iştirak edib, Azərbaycan şərablarının Çinə ixracının genişləndirilməsinə dair müzakirələr aparılıb.
 
Görüşdə Azərbaycan prezidentinin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, iqtisadiyyatın diversifikasiyası, rəqabətədavamlı qeyri-neft məhsullarının, o cümlədən şərabın istehsalı və ixracı, "Made in Azerbaijan" brendinin təşviqi istiqamətində görülən işlər barədə məlumat verilib. Qeyd edilib ki, ixrac bazarlarında ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi məqsədilə Azərbaycanın Rusiya, Çin və Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndələri təyin olunub, Belarusda Ticarət Evi açılıb.
 
Bildirilib ki, Azərbaycan şərablarına xarici ölkələrdə, o cümlədən Çində maraq və bu məhsulun ixrac potensialı genişdir: “Məhz bu səbəbdən yerli şərablarımızın Çinə ixracının genişləndirilməsi istiqamətində müvafiq tədbirlər görülür, Çindəki ticarət nümayəndəmiz iş adamları ilə görüşür, onlara dəstək göstərir, ixracın genişləndirilməsinə dair müzakirələr aparılır”.
 
Görüşdə T. Nadiroğlu təmsil etdiyi ölkənin bazarı barədə məlumat verib, Azərbaycanın şərab məhsullarının bu bazara çıxarılması və satışının genişləndirilməsi imkanlarını diqqətə çatdırıb, iş adamları ilə bu sahədə fikir mübadiləsi aparılıb.
 





25.08.2017    çap et  çap et