525.Az

Bakıda sərnişin avtobusu ağır qəza törətdi: ölən və yaralanan var


 

Bakıda sərnişin avtobusu ağır qəza törətdi: ölən və yaralanan var<b style="color:red"></b> Mayın 22-də Bakı şəhərinin Binəqədi rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Binəqədi şosesində Aslan Əliyev idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusu ilə 2 nəfəri vurub. Nəticədə piyadalardan 1961-ci il təvəllüdlü Balabəy Qasımov aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Digər piyada 1971-ci il təvəllüdlü Xanbala Mirzəyev isə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
 
Qeyd edək ki, piyadaları vurmuş sərnişin avtobusu 161 saylı xətt üzrə hərəkət edirmiş. Faktla əlaqədar Binəqədi RPİ-də cinayət işi açılıb, araşdırmalar aparılır.
 





23.05.2013    çap et  çap et