525.Az

Yanğınsöndürənlərimiz Gürcüstanda daha 4 hektarda yanğını söndürdülər


 

Yanğınsöndürənlərimiz Gürcüstanda daha 4 hektarda yanğını söndürdülər<b style="color:red"></b> Azərbaycan yanğınsöndürənləri Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda meşə yanğınlarının söndürülməsində fəal iştirak etməkdə davam edirlər.
 
Azərbaycan FHN-nin Gürcüstana ezam olunmuş əməkdaşı Toğrul Mehdiyev APA-nın yerli bürosuna bildirib ki, yanğın ərazisində nisbətən çətin sahələr Azərbaycan yanğınsöndürənlərinə həvalə olunur.
 
“Bu gün bizə həvalə olunmuş 4 hektara yaxın ərazidə yanğının söndürülməsini başa çatdırmışıq. Azərbaycan FHN-nin şəxsi heyəti yeni tapşırıqları yerinə yetirmək üçün hazırlıq səviyyəsinə gətirilib" - deyə T. Mehdiyev qeyd edib.
 
Qeyd edək ki, Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə təbii fəlakət zonasına FHN-nin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilib.
 





25.08.2017    çap et  çap et