525.Az

Hacı Əliyev üçqat dünya çempionu oldu


 

Hacı Əliyev üçqat dünya çempionu oldu <b style="color:red"></b> Azərbaycan güləşçisi Hacı Əliyev (61 kq) Parisdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.
 
525.az-ın Azərbaycan Güləş Federasiyasının saytına istinadən verdiyi xəbərə görə, finaladək Qırğızıstan, Yaponiya, Slovakiya və Kubadan olan rəqiblərini məğlub edən H.Əliyev həlledici görüşdə rusiyalı Hacımurad Rəşidovu 7:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bununla da güləşçimiz üçqat dünya çempionu olmaqla güləş tariximizdə rekorda imza atıb.
 





25.08.2017    çap et  çap et