525.Az

ABŞ-da baş vermiş qasırğaya görə hasilatın azalma ehtimalı nefti bahalaşdırıb


 

ABŞ-da baş vermiş qasırğaya görə hasilatın azalma ehtimalı nefti bahalaşdırıb<b style="color:red"></b> Dünya birjalarında neftin qiyməti yenidən artıb.
 
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,44 dollar və ya 0,93% artaraq 47,87 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,37 dollar və ya 0,71% artaraq 52,41 dollar olub.
 
Neftin bahalaşması ABŞ-da baş vermiş qasırğa səbəbindən hasilatın azalma ehtimalı ilə əlaqələndirilir.
 





26.08.2017    çap et  çap et